"Bavariya"nın futbolçusu "Yuventus"da

11:28 15 İyul 2016

“Bavariya”nın müdafiəçisi Medhi Benatiya “Yuventus”a keçməyə yaxındır.

 

Sportarena.az “Yuventus”un rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu dünən Turin klubunun bazasında tibbi müayinədən keçib. “Yuventus” mərakeşli futbolçu “Bavariya”ya 18 milyon avro ödəyəcək.


Xatırladaq ki, futbolçu 2014-cü ildə 26 milyon avro qarşılığında “Roma”dan “Bavariya”ya transfer edilmişdi. Təcrübəli mərkəz müdafiəçisi “Bavariya”nın heyətində keçirdiyi 46 oyuna 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti