"Qəbələ", "Kəpəz" və "Neftçi"nin rəqibləri müəyyənləşir

12:09 15 İyul 2016

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.


Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Hər üç klubumuz səpələnməmişlər səbətindədir. Klublarımızın potensial rəqibləri sırasında "AZ Alkmaar", "Sent-Etyen", "Rapid", "Vest Hem" və "Herta" kimi komandalar var. Lakin bu rəqiblərlə qarşılaşmaq üçün hər üç klubumuz II təsnifat mərhələsini uğurla adlamalıdır.

3-cü qrup

"Qəbələ"nin potensial rəqibləri

1. "Lill" (Fransa)
2. "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan) cütünün qalibi
3. "Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) cütünün qalibi
4. "Panatinaikos" (Yunanıstan)
5. "Nomme Kalyu" (Estoniya) cütünün qalibi / "Makabi" (Hayfa)
6. "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya) cütünün qalibi

4-cü qrup

"Neftçi"nin potensial rəqibləri

1. "Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya)
2. "Rapid" (Avstriya)
3. "Herta" (Almaniya)
4. "Rieka" (Xorvatiya)
5. "Aruça" (Portuqaliya)
6. "Mlada Boleslav" (Çexiya)

5-ci qrup

"Kəpəz"in potensial rəqibləri

1. "Gent" (Belçika)
2. "Slovan" (Çexiya)
3. "Vest Hem" (İngiltərə)
4. "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)
5. HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)
6. "Apollon" (Kipr)


Digər xəbərlər

Xəbər xətti