Morata "Real"la yeni müqavilə imzalayır

13:32 15 İyul 2016

"Real"ın forvardı Alvaro Morata Madriddə qalır.
 

İspaniya mətbuatının məlumatına görə 23 yaşlı futbolçu "Real"la 2021-ci ilə qədər müqaviləni razılaşdırıb. Buna əsasən onun məvacibi 6 milyon avro təşkil edəcək. Çox güman ki, bazar gününə qədər müqavilə barədə rəsmi bəyanat veriləcək.
 

Xatırladaq ki, bu, həm də "Real"ın yayda ilk transferi olacaq.


Digər xəbərlər

Xəbər xətti