"Qarabağ"ın rəqibi müəyyənləşdi

14:15 15 İyul 2016

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.


Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən "Qarabağ" - "Düdelanj" (Lüksümburq) cütünün rəqibi də müəyyənləşib.


Ağdam təmsilçisi "Düdelanj" (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun səfərdə olacaq.


Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək. 


Xəbər xətti