"Kəpəz"in rəqibi Azərbaycan ərazisi ilə bağlı böyük səhvə yol verdi - FOTO

17:35 15 İyul 2016

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan Avstriyanın "Admira" klubu Azərbaycan Respublikasının ərazisi ilə bağlı kobud səhvə yol verib. 

 

Sportarena.az xəbər verir ki, komanda iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı klubun rəsmi "facebook" səhifəsində məlumat yayıb.  Səhifə tərəfindən paylaşılmış şəkildə Avstriyadan Bakıya olan yol xəritə üzərində çəkilib. Lakin yerləşdirilmiş şəkildə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi kimi göstərilməyib.

 

Qeyd edək ki, "Kəpəz" - "Admira" matçı iyulun 20-da "Dalğa Arena"da keçiriləcək.


Xəbər xətti