Azərbaycana qarşı təxribat: Naxçıvanı xəritədən sildilər

13:10 16 İyul 2016

Gəncənin "Kəpəz" klubunun avrokubok macərası təxribatsız ötüşmür.

Moldovalılar Mərdəkanı erməni qəsəbəsi kimi, Türkiyə mətbuatı "Kəpəz"i Ermənistan klubu kimi təqdim etmişdisə, avstriyalılar ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasını "ixtisara salıb".

"Kəpəz"in Avropa Liqasındakı rəqibi "Admira" klubunun "facebook" səhifəsi iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı yaydığı məlumatda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ərazisi kimi təqdim etməyib.

Bu, 16 illik fasilədən sonra Avropa meydanına qayıdan "Kəpəz"lə bağlı üçüncü belə haldı. Sonuncu dəfə Türkiyənin NTV kanalı verdiyi xəbərdə "Kəpəz"i səhvən Ermənistan komandası kimi göstərmişdi.

Daha sonra NTV kanalı bu addımına görə Azərbaycan xalqından və komandadan üzr istədi. Elə moldovanlarda üzrxahlıq etmişdi.(komanda.az)

 


Digər xəbərlər

Xəbər xətti