"Fənərbaxça" - "Lion" oyunu təxirə salındı

16:19 16 İyul 2016

Bu gün "Fənərbaxça" və Fransanın "Lion" klubları arasında keçirilməli olan yoldaşlıq görüşü təxirə salınıb.

Türkiyədə baş verən siyasi hadisələr, ölkədə hərbi çevrilişə cəhdlər matçın təxirə salınmasına səbəb olub. Görüşün nə zaman keçiriləcəyi haqda məlumat verilməyib. 

Qeyd edək ki, məlumatı "Fənərbaxça" klubunun rəsmi saytı yayıb.


Xəbər xətti