"Beşiktaş" "Barselona"nın futbolçusunu istəyir

22:33 16 İyul 2016

"Beşiktaş" Jeremi Matyenin transferi üçün "Barselona" ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi Kataloniya klubuna rəsmi təklif göndərib. "Beşiktaş"ın J.Matyenin təzminat qiymətinin 7 milyon avrodan aşağı salmağa çalışacağı bildirilir. "Barsa" təzminat qiymətini aşağı salmasa, 32 yaşlı oyunçunun icarəsi üçün təklif göndəriləcək. Qeyd edək ki, J.Matye son iki mövsümdə "Barselona"da oynadığı 73 görüşdə 3 qol vurub və 2 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti