"Sevilya"dan rəsmi transfer

23:54 16 İyul 2016

"Sevilya" yeni mövsüm öncəsi heyətini gücləndirib. Komanda "Palermo"dan Franko Vaskesi transfer edib. Növbəti həftə İspaniyaya gedərək tibbi müayinədən keçəcək 27 yaşlı yarımmüdafiəçi "Sevilya" ilə 5 illik müqavilə imzalayacaq. İspaniya təmsilçisi bu transfer üçün "Palermo"ya 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm 38 oyuna çıxan Vaskes 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
 


Xəbər xətti