Cakkerininin yeni klubu müəyyənləşdi

00:52 17 İyul 2016

"Sanderlend"in futbolçusu Emanuele Cakkerini karyerasını İtaliyada davam etdirəcək.


Sportarena.az xəbər verir ki, futbolçu "Napoli" ilə razılıq əldə edib. "Napoli" 31 yaşlı yarımmüdafiəçi ilə  3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, E.Cakkerini İtaliya millisi ilə "Avro-2016"da çıxış edib. O, sözügedən turnirdə oynadığı 4 görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.


Xəbər xətti