"Sumqayıt"dan 6:0 hesablı qələbə

13:10 17 İyul 2016

"Sumqayıt" Futbol Klubunun əsas komandası kimi əvəzedici komandası da 2016/2017 futbol mövsümünə hazırlığını davam etdirir. 


Sportarena.az xəbər verir ki, Zaqatalada təlim-məşq toplanışında olan Rövşən Babayevin rəhbərlik etdiyi komanda ilk yoxlama oyununu keçirib. Gürcüstanda yerli "Hereti Laqodexi" klubu ilə üz-üzə gələn komandamız 6:0 hesabı ilə qələbə qazanıb. "Sumqayıt" FK-dan qolları Xanlar Teymurov (2), Osman Osmanov, Sahib Abbasov, Murad Məmmədxanov və Sənan Əsədov vurub.

Qeyd edək ki, "Sumqayıt" FK-nın əvəzediciləri Gürcüstanda bu gün daha bir yoxlama oyunu keçirəcək.


Xəbər xətti