"Qarabağ"ın matçı şotlandlara tapşırıldı

15:01 17 İyul 2016

"Qarabağ"ımızın Çempionlar Liqasının II təsnifat mərhələsində "F91 Düdelanj"la keçirəcəyi cavab qarşılaşmasının da hakimləri məlum olub.


Sportarena.az xəbər verir ki, Lüksemburqun "Jos Nosbaum" stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.

 

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Xəbər xətti