Totti açıqladı: "Çempion olsaq karyeramı bitirəcəm"

22:15 17 İyul 2016

 “Roma” ilə yeni müqavilə imzalayan klubun əfsanəsi Françesko Totti yeni mövsüm planları haqqında danışıb.

“Futbolda keçirdiyim 25 il həm gözəl, həm də acı xatirələrlə əlamətdar oldu. Amma “Roma”nın rənglərini yüksəkdə saxlamaq üçün həmişə əlimdən gələni etdim. Bəzən alındı, bəzən yox.”

“Skudettonu qazanmaq çətin olacaq. Çünki A Seriyasında güclü komandalar çıxış edir. Lakin çempion olsaq, karyeramı dəqiq başa vuracam.”


Xəbər xətti