"Qarabağ" Lüksemburqa nə zaman gedir?

12:17 18 İyul 2016

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburqun "Düdelanj” komandasının qonağı olacaq "Qarabağ”ın səfər planı bəlli olub. 
 

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu gün axşam saatlarında ölkəmizi tərk edəcək. Komanda çarter reysi ilə İstanbula uçacaq. 
 

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.(sportal.az)


Xəbər xətti