Azərbaycan yığmasının sabiq üzvü Rusiya millisində çıxış edəcək

13:34 18 İyul 2016

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək kayak və kanoe üzrə Rusiya milli komandasının heyəti açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, 14 idmançıdan ibarət siyahıda Azərbaycan yığmasının sabiq üzvü Andrey Kraytor da yer alıb.


O, 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərə qatılacaq. Kraytor Azərbaycanı qarşıdakı olimpiadada təmsil edəcək titullu kanoeçi Valentin Demyanenkonun rəqibi olacaq.


Natalya Podolskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı ilə 200 metr, Yelena Anyuşina 500 metr məsafəyə yürüş edəcək. Onlar hər iki məsafədə Azərbaycanın əslən ukraynalı təmsilçisi, olimpiya çempionu İnna Osipenko-Radomskayanın rəqibi olacaqlar.


Qeyd edək ki, Andrey Kraytor Azərbaycan millisində 2009 - 2012-ci illərdə çıxış edib.


Digər xəbərlər

Xəbər xətti