"Kəpəz"in oyunu ruslara tapşırıldı

14:15 18 İyul 2016

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Kəpəz”– “Admira” komandaları arasındakı cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, matçın idarəçiliyi rusiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona yan xətlərdə Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcək. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, “Kəpəz”– “Admira” oyunu iyulun 20-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti