"Neftçi"nin Makedoniyaya səfər planı bəlli olub

15:55 18 İyul 2016

"Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Makedoniya "Şkendiya"sı ilə cavab oyununa səfər planı müəyyənləşib. 

 

Vəli Qasımovun komandası Skopyeyə iyulun 19-da, 13:05-də adi reyslə (Bakı-İstanbul-Skopye) yollanacaq. Axşam saatlarında bakılıların Skopyedə olması gözlənilir. 

 

Qeyd edək ki, "Şkendiya" - "Neftçi" matçı iyulun 21-də keçiriləcək və saat 22:00-da start götürəcək. Bakıdakı oyunda komandalar qol vura bilməyiblər - 0:0.//azerisport.com


Xəbər xətti