Ronaldo nə zaman meydana dönəcək

16:19 18 İyul 2016

İspaniya mətbuatının verdiyi məlumata görə finalda zədələnən Kriştiano Ronaldo yalnız sentyabr ayında sıraya dönəcək.


İlkin versiyaya görə futbolçu superkubok oyununu buraxmalıydı. Lakin yeni məlumata görə müalicə daha uzun müddət sürəcək. Artıq həkimlərin müalicə ilə bağlı planları bəllidir. Zədənin yenidən baş qaldırmaması və formasnı tam yığmaq üçün Ronaldo daha bir ay da meydandan uzaq qalacaq.


Çox güman ki, forvard sentyabrın 6-da İsveçrə-Portuqaliya görüşünü də buraxacaq.Ronaldonun sentyabrın 11-də "Real" - "Osasuna" qarşılaşmasında meydana qayıtması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti