"Qəbələ" - MTK oyunun biletləri satışda

16:51 18 İyul 2016

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb. 


Sportarena.az xəbər verir ki, biletləri bu gündən etibarən 8-ci km qəsəbə stadionunun kassalarından almaq olar.
 

Qiymətlər sektorlardan asılı olaraq 1 və 2 manat arasında dəyişir. VİP sektorlara biletlərin qiyməti 10 manatdır. 


Qeyd edək ki, iyulun 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.


Xəbər xətti