İdmançımız Türkiyədə parlaq qələbə qazandı

17:08 18 İyul 2016

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, tanınmış peşəkar kikboksçu "Lord" ləqəbli Ramal Aslanov Türkiyənin İstanbul şəhərində "FİGHT NİGHT 1" döyüş gecəsində parlaq qələbə qazanaraq vətənə dönüb. 


Sportarena.az Azərbaycan Kikboksinq Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, həmin döyüşdə Ramal Aslanov Türkiyəli idmançı Ünal Alkayışı məğlub edib.


İdmançı vətənə qələbə ilə dönməsindən qürur hiss keçirtdiyini bildirib:

“Bütün uğurlarıma görə AKF rəhbərliyinə, öz müəllimim Hakim Hacıyevə öz təşəkürümü bildirirəm ki,hər zaman mənə dəstək olurlar. Onların mənəvi dəstəyi qələbə qazanmağım üçün mənəvi stimul olur. İnşallah qarşıda daha böyük qələbələr qazanmağı planlaşdırıram.”


Qedək ki, idmançı məşqlərini Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, əməkdar məşqçisi Hakim Hacıyevin yanında davam etdirir.


Digər xəbərlər

Xəbər xətti