Ronaldo yaşıl meydanlara nə vaxt qayıdacaq?

22:08 18 İyul 2016

Avropa çempionatının finalında dizindən zədə alan Kriştiano Ronaldo Kral klubunun yeni mövsüm öncəsi hazırlıq kampında iştirak etməyəcək.

Ulduz futbolçu həmçinin UEFA Superkuboku uğrunda “Sevilya” ilə görüşü də buraxmalı olacaq. Ronaldonun yalnız 11 sentyabr tarixində “Osasuna” ilə qarşılaşmada yaşıl meydanlara qayıdacağı gözlənilir. O bu tarixə kimi “Real Soseydad” və “Selta Viqo” ilə keçiriləcək La Liqa oyunlarında da iştirak etməyəcək.


Digər xəbərlər

Xəbər xətti