"Şkendiya" - "Neftçi" matçının biletləri satışa çıxarılıb

10:33 19 İyul 2016

Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Şkendiya”–“Neftçi” matçının biletləri satışa çıxarılıb.


Sportarena.az Makedoniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, iyulun 21-də oynanılacaq qarşılaşmanın biletlərini azarkeşlər bu gündən etibarən ala biləcəklər.


Biletin qiyməti 200 Makedoniya dinarı dəyərindədir. Bu isə təxminən 5 manat 60 qəpiyə bərabərdir.


Qeyd edək ki, “Filip II Makedonski” arenasında keçiriləcək “Şkendiya”–“Neftçi” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti