"Kəpəz" – "Admira" oyununun biletləri satışda

11:38 19 İyul 2016

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Admira” oyununun biletləri satışa çıxarılıb. 


Sportarena.az xəbər verir ki, bilet satışı Bakı şəhərində təşkil olunacaq.


Azarkeşlər paytaxtda iyulun 19-i saat 14:00-dan 19:00-dək, iyulun 20-i isə saat 12:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından, oyun günü saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər.

 

Qeyd edək ki, “Kəpəz” – “Admira” oyunu iyulun 20-i, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək.


Xəbər xətti