"Atletiko"nun futbolçusu "Barselona"dan imtina edib, "Sevilya"ya keçdi

12:17 19 İyul 2016

"Atletiko"nun futbolçusu Lusiano Vyetto karyerasını "Sevilya"da davam etdirəcək.
 
22 yaşlı forvard Andalusiya klubunda 1 il icarə əsasında oynayacaq. Çox güman ki, müqavilə yaxın günlərdə imzalanacaq. 


Xatırladaq ki, Vyettonun "Barselona"ya keçidi gözlənilirdi. Lakin argentinalı futbolçu Kataloniya komandasına keçməkdən imtina edərək "Sevilya"nı seçib. Səbəb isə onun burada daha çox oyun praktikası qazana bilməsidir.


Digər xəbərlər

Xəbər xətti