Əvvəlcə Qriqorçuk, sonra rəqibi

14:13 19 İyul 2016

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – MTK görüşündən öncə baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 20-də saat 19:30-da start götürəcək.
 

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə MTK-nın çalışdırıcısı Vasilis Teodoru media nümayəndələrinin suallarını cavablandıracaq.


Komandaların oyunöncəsi son məşqi də 8-ci km stadionunda baş tutacaq. “Qəbələ” saat 20:00-da, MTK isə 21:00-da hazırlıqlarını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti