"Düdelanj" - "Qarabağ" matçı canlı yayımda!

14:30 19 İyul 2016

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Düdelanj" (Lüksemburq) - "Qarabağ" matçı canlı yayımlanacaq.


Sportarena.az xəbər verir ki, azarkeşlər sözügedən matçı Ağdam klubunun rəsmi "youtube" kanalından izləyə bilərlər.

Qeyd edək ki, matç saytımız vasitəsilə də canlı yayımlanacaq.


Xatırladaq ki, komandalar arasında keçirilmiş ilk görüşdə "Qarabağ" 2:0 hesablı qələbə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti