İdmançılarımız Avropa birinciliyində 4 medal qazandılar

16:53 19 İyul 2016

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr və gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyi Azərbaycan millisi üçün uğurlu olub.


Sportarena.az xəbər verir ki, millimiz gənclərin şəxsi yarışlarında gümüş, yeniyetmələrin şəxsi mübarizəsində isə bürünc medal qazanıb. Yeniyetmələrin qarışıq qoşa yarışlarında isə tennisçilərimiz üçüncü yeri tutublar.


46 ölkədən idmançıların iştirak etdiyi qitə birinciliyində yeniyetmə oğlanlardan ibarət Azərbaycan yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yeri, gənc qızlarımız isə 5-ci yerə sahib olublar.


Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticə əldə edən millimiz Vətənə 4 medalla qayıdır. 


Digər xəbərlər

Xəbər xətti