"Kəpəz" son məşqini etdi

22:09 19 İyul 2016

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın "Admira” komandasını qəbul edəcək "Kəpəz” oyunöncəsi son məşqinə çıxıb. Gəncə təmsilçisinin son məşqi Mərdəkanda yerləşən "Dalğa Arena”da reallaşıb. Qərb təmsilçisi tam heyətlə məşq edib. Qeyd edək ki, "Kəpəz” – "Admira” oyunu sabah baş tutacaq. "Dalğa Arena”da reallaşacaq matç saat 20:00-da reallaşacaq.


Xəbər xətti