"Fənərbaxça"da daha bir ayrılıq: Dieqo getdi

22:52 19 İyul 2016

"Fənərbaxça" braziliyalı futbolçu Dieqo Ribasla yollarını rəsmən ayırıb. "Sarı-lacivərtlilər" 31 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə klubun rəsmi saytından məlumat verilib.
 
Qeyd edək ki, Dieqo İstanbul klubuna 2014-cü ilə "Atletiko" Madriddən 5 milyon avroya transfer edilmişdi. Braziliyalı futbolçu "Fənərbaxça" forması ilə meydana çıxdığı 75 matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti