Qurban Qurbanov: "Bu amil bizim oyunumuza təsir edə bilər"

00:50 20 İyul 2016

"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "F91 Düdelanj"ın qonağı olacaq.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisnin baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda öz fikirlərini bildirib:
 
"Meydançanın vəziyyəti o qədər də yaxşı deyil, bu amil bizim oyunumuza təsir edə bilər. Amma biz sabah maksimum şəkildə çalışacağıq ki, səhvlərə yol verməyək. Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi bir oyun gözləyir, həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".


Digər xəbərlər

Xəbər xətti