Julien Ebah: "Taleyimiz öz əlimizdədir"

11:49 20 İyul 2016

Dünən “Dalğa Arena”da keçirilən açıq məşqlə “Kəpəz” UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Admira” ilə oyunun hazırlıqlarını tamamlayıb. 


Sportarena.az xəbər verir ki, məşqdən sonra komandanın hücumçusu Julien Ebah klubun rəsmi saytına açıqlama verib: “Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. “Admira” güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər. Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. Onu da deyim ki, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydik, ilk oyunda heç-heçənin qeydə alınması mümkün idi. Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”.


Digər xəbərlər

Xəbər xətti