"Atletiko" yeni transferini təqdim etdi

13:13 20 İyul 2016

Madrid "Atletiko"su bu gün yeni transferi Nikolas Qaytanı ictimaiyyətə təqdim edib.


Sportarena.az xəbər verir ki, "Benfika" klubu futbolçunu "Atletiko"ya satdığını iyun ayında açıqlasa da, Madrid təmsilçisi futbolçunun təqdimatını bu gün keçirib. Futbolçunun "Atletiko"ya 25 milyon avroya başa gəldiyi bildirilir.


Qeyd edək ki, 28 yaşlı argentinalı futbolçu son mövsüm "Benfika"nın heyətində 33 oyun keçirmiş, bu matçlarda o, 10 dəfə qol vurmuş və 19 asist etmişdir.


Digər xəbərlər

Xəbər xətti