"Kəpəz"dən azarkeşlərə qarşı laqeydlik

14:59 20 İyul 2016

“Kəpəz” klubunun azarkeşləri bu gün Avstriya “Admira”sı ilə Avroliqadakı cavab oyunu öncəsi problemlərlə üzləşib.


Sportarena.az xəbər verir ki, matç Bakının mərkəzindən xeyli uzaqda – Mərdəkandakı “Dalğa Arena”da keçiriləcəyindən Gəncə klubunu dəstəkləmək istəyən xeyli azarkeş oyunu birbaşa stadiondan izləyə bilməyəcək.


Qeyd edək ki, Avroliqanın ilk təsnifat mərhələsində “Daçiya” (Moldova) ilə evdəki oyunda klub tərəfindən azarkeşlərin matçı izləməsi üçün 11 avtobus ayrılmışdı. Bunun sayəsində də 500-dən çox azarkeş Mərdəkandakı oyunu izləmək üçün ora pulsuz gedib qayıda bilmişdi. Amma bu dəfə klub tərəfindən eyni addım atılmayıb.


Bəzi azarkeşlər isə klubdan tələb ediblər ki, yolun uzaqlığı nəzərə alınaraq azarkeşlərin matça pulsuz aparılmaları üçün ayrıca avtobuslar ayrılsın. Onların fikrincə, əks halda “Kəpəz”i dəstəkləmək üçün tribunada çox az azarkeş olacaq (1000-2000 arası). 


Qeyd edək ki, “Kəpəz” – “Admira” matçı saat 20.00-da başlanacaq. Bu komandaların ilk oyununda Gəncə təmsilçisi 0:1 hesabı ilə uduzub. “Kəpəz”in mərhələ adlaması üçün cavab oyununda güclü azarkeş dəstəyinı ehtiyac var.(qol.az)


Digər xəbərlər

Xəbər xətti