İdmançılarımız dünya çempionatının medallarını qazanıblar

16:18 20 İyul 2016

ABŞ-ın Orlando şəhərində Çin döyüş sənətləri üzrə XVII ənənəvi dünya çempionatı keçirilib. Azərbaycanın Şərq təkbətək döyüş növləri üzrə ustaları çempionatda layiqincə çıxış ediblər.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan döyüşçüləri hapkido üzrə iki qızıl və bir gümüş medal qazanıblar.

 

Çempionatda hapkido üzrə 10-cu danın və qara kəmərin sahibi, məşqçi Süleyman Məmmədlinin rəhbərliyi ilə dünya və Avropa çempionu Vüqar Əzimov və Əli İsmayılov çıxış ediblər. Süleyman Məmmədli və Vüqar Əzimov öz çəki dərəcələrində qızıl medal, Əli İsmayılov isə gümüş medal qazanıblar.

 

Dünyanın 50-dən çox ölkəsinin idmançılarının iştirakı ilə keçirilən çempionatda Azərbaycan idmançılarının çıxışları hakimlər tərəfindən yüksək qiymətləndirilib.


Xəbər xətti