"Rubin" "Barselona"nın futbolçusunu transfer edir

17:09 20 İyul 2016

"Rubin" klubu "Barselona"yla Aleks Sonqun transferiylə bağlı danışıqları davam etdirir.


28 yaşlı futbolçu ilə müqavilə gələn yay bitəcək. Lakin razılaşma vaxtından əvvəl ləğv edilə bilər.


Belə olan halda Sonq Rusiya klubuna pulsuz keçə bilər.


Bir müddət əvvəl verilən məlumata görə Sonq artıq Kazandadır.


Digər xəbərlər

Xəbər xətti