Şahin Diniyev: "Mən istefadan qorxmuram"

23:05 20 İyul 2016

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda evdə "Admira"ya uduzaraq (0:2) mübarizəni dayandıran "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az xəbər verir ki, Diniyev oyunla bağlı bunları deyib: "Oyunda əsas planımız bu idi ki, 80-ci dəqiqəyə kimi heç-heçə aparıb, sonradan dəyişiklərlə oyunun taleyini həll edək. Çox acınacaqlı qol buraxdıq. İkinci hissədə risk edib hücum futbolu oynamaq məcburiyyətində qaldıq. Çoxsaylı qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Həyat davam edir. Artıq Azərbaycan çempionatına köklənəcəyiik. Bu ilki "Kəpəz" daha güclüdü. Düzgün yoldayıq. Uğurlarımız irəlildədi. İlk mərhələni keçəcəyimizə ümidli deyildik. Ancaq futbolçular boyundan yuxarı tullana bildilər. Bizi maraqlı çempionat gözləyir.
 

- 2:0 gözləyirdik, 0:2 oldu...
- Komanda rəqib nə qədər imkan verir, o qədər oynayır. Rəqib pressinq tətbiq etdiyindən oyunumuz alınmadı. Doğrudan da şişirdiləsi komandadı. Birinci hissədə buraxılan qol oyunun taleyini həll etdi. Futbol təkcə emosialarla oynanılmır. İlk dəqiqələrdən irəli atılsaydıq, yenə uduzacaqdıq. Məsələyə real yanaşmaq lazımdı. Əlimdə olan materialdan maksimum istifadə etməyə çalışdıq. Fikrimcə, düzgün taktika qurmuşdum.
 

- Ebah oyunda 2 yüzfaizli qol epizodunu qaçırdı...
- Ebah təcrübəli oyunçudu. Bu cür səhv etməməliydi. Ancaq belə alındı, artq kimisə günahlandırmaq gecdi. Ancaq o fürsətlərdən, xüsusilə birinci epizoddan mütləq istifadə etməliydi.
 

- Rəhbərliyin sizdən tələbi nə idi?
- Hər bir insan reallığı görür. Rəhbərliyin məndən heç bir tələbi yoxdu. Komanda avrokuboklarda yaxşı mübarizə apardı. Rəqiblərimiz bizə uyğun deyildi.

 
- Ötən mövsüm heyətdən şikayət edirdiz...
- Ötən mövsüm təxminən 7-8 əsas heyətə layiq oyunçumuz var idi. Bu gün isə 11 əsas heyətə layiq oyunçumuz var. Ehtiyat oyunçuları da saysaq, 15 oyunçuyla rahat oynaya bilərik. Nəzərə alsaq çempionatda 8 komanda oynayacaq, bu heyət kifayət edəcək.

 
- "Kəpəz" ölkənin ikinci ən köklü klubudu. Bayaq dediz vəziyyətdən şikayətlənmirəm. Bəlkə də əsl səbəb budu?
- Şikayətlənməklə düzələcək? Reallığı görmək lazımdı. Vəziyyətin düzəlməyəcəyini görürsənsə, əldə olan imkanlarla işləməyi bacarmalısan. Komanda 3-5 aya formalaşmır. Bu gün komandanın nəticələri rəhbərliyi yeni addımlar atmağa vadar edəcək.
 

- Bu gün stadionda "istefa" sədaları eşidilirdi...
- Mən "istefa"ya öyrəşmişəm. Bu gün stadionda "istefa" sədaları səsləyənlər gəncəli azarkeşlər deyildi. Hətta stadiondakı gəncəli azarkeşlər də həmin şəxsə etiraz etdilər. Ancaq mən istefadan qorxmuram.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti