MTK-nın baş məşqçisi: "Qəbələ"nin hər gedişinə bələdəm"

23:55 20 İyul 2016

"Qəbələ" ilk oyunda özünü çox yaxşı tərəfdən göstərdi. İstərdik ki, evdə qalib gələk. Amma təəssüf ki, bunu bacarmadıq".


Sportarena.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri Macarıstanın MTK klubunun baş məşqçisi Vasilias Teodoru Avropa Liqasının II təsnifat mərhələsində  "Qəbələ” ilə cavab oyunu öncəsi deyib.
 

O, bu gün keçirdiyi mətbuat konfransında çox güclü rəqiblə qarşılaşdıqlarını bildirib:


"Qəbələ"nin oyunlarına çox baxmışam, hər gedişinə bələdəm. Çalışacağıq ki, sabah yaxşı oynayaq və evimizə gülərüz qayıdaq”.


Xəbər xətti