Ardian Çuçuli: "Əlimizdən gələni edəcəyik ki, klub tarixində yeni səhifə yazaq"

13:59 21 İyul 2016

“Neftçi” AL-in II mərhələsində Makedoniyanın “Şkendiya” klubu ilə səfər matçına hazırlaşır. 


Sportarena.az xəbər verir ki, ilk oyunda qolsuz bərabərliyə nail olan “ağ-qaralar”ın rəqibi oyunöncəsi mətbuat konfransında baş məşqçi Akrapoviçdən başqa vitse-kapitan Ardian Çuçuli sualları cavablandırıb:


“Bildiyiniz kimi, “Neftçi” ilə ikinci oyunumuza çıxacağıq. Diqqətli olmalıyıq. “Neftçi” yaxşı təşkil olunmuş komandadı. İlk oyundakı nəticə şansımızı əldə saxlayır, çalışıb, bundan istifadə eləməliyik. Əlimizdən gələni edəcəyik ki, üçüncü mərhələyə adlayaq, klub tarixində yeni səhifə yazaq”.

 

- İlk oyun heç heçə bitdiz- 0:0. Düşünmürsüz ki, evdə buraxılan qol vəziyyəti xeyli gərginləşdirər?
- Əlbəttə, bunu bilirik və düşünmüşük. Oyunda maksimum diqqətli olmalıyıq. Həm də azarkeş, doğma meydan amilindən istifadə eləməyə çalışmalıyıq.

 

- İlk youndan sonra rəqibi nə qədər tanıyırsız: növbəti mərhələ şanslarınızı necə dəyərləndirərdiz?
- Əlli-əlliyə. Təbii ki, 80-20 nisbətində deyil durum, güc və şans nisbəti təxminən bərabərdir. Biz şanslarımızdan istifadə etməliyik.


Digər xəbərlər

Xəbər xətti