"Real" "Çelsi"nin 75 milyonluq təklifinə "yox" dedi

17:28 21 İyul 2016

"Çelsi" Alvaro Moratanı heyətinə qatmağda israrlıdır.
 

Sportarena.az xəbər verir ki, London klubu İspaniya millisinin forvardı üçün təklifi 60-dan 75 milyon avroya yüksəldiblər. Lakin Madrid klubu yenə də bu təklifi rədd edib.
 

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan xəbərə görə "Real" Morata ilə müqaviləni 2021-ci ilə qədər artdırıb. Buna əsasən onun məvacibi 6 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti