"Barselona" Andre Qomeşi transfer etdiyini elan etdi

10:47 22 İyul 2016

Valensiyanın futbolçusu Andre Qomeş karyerasını Barselonada davam etdirəcək. 
 
Katalon klubu 22 yaşlı futbolçunun transferilə bağlı razılığa gəldiyini bəyan edib.
 
Gələn həftə Qomeş Barselonayla müqavilə imzalayacaq. Həmin gün də onun ictimaiyyətə təqdim edilməsi gözlənilir.
 
Xatırladaq ki, bir müddət əvvəl Valensiyanın Qomeşə görə 65 milyon avro tələb etdiyi söylənilirdi.
 
Qeyd edək ki, Qomeşi Real və Yuventus da heyətinə qatmağa çalışırdı.

 


Digər xəbərlər

Xəbər xətti