Azərbaycanlı hakim Avroliqa oyununa baş hakim təyin olundu

11:51 22 İyul 2016

Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununun baş hakimi  olacaq. 

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti