III təsnifat mərhələsinin bütün cütləri bəlli oldu

12:52 22 İyul 2016

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri məlum olub.

Dünən başa çatan ikinci təsnifat mərhələsinin görüşlərindən sonra pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq klubların tam siyahısı müəyyənləşib.

Azərbaycan klubu “Qarabağ” Çexiya “Viktoriya”sı ilə görüşəcəyi növbəti mərhələdə 15 cüt üz-üzə gələcək.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Rusenborq” (Norveç)-APOEL (Kipr), “Dinamo” (Zaqreb, Xorvatiya)-“Dinamo” (Tbilisi, Gürcüstan), “Olimpiakos” (Yunanıstan)–“Hapoel” (Beyer-Şeva, İsrail), “Astana” (Qazaxıstan)-“Seltik” (Şotlandiya), “Trençin” (Slovakiya)-“Legiya” (Polşa), “Viktoriya” (Çexiya)-“Qarabağ” (Azərbaycan), “Astra” (Rumıniya)-“Kopenhagen” (Danimarka), BATE (Belarus)-“Dandalk” (İrlanaiya), “Ludoqorets” (Bolqarıstan)-“Srvena Zvezda” (Serbiya), “Partizani” (Albaniya)-“Zalsburq” (Avstriya), “Ayaks” (Hollandiya)-PAOK (Yunanıstan), “Sparta” (Çexiya)-“Styaua” (Rumıniya), “Şaxtyor” (Ukrayna)-“Yanq Boyz” (İsveçrə), “Rostov” (Rusiya)-“Anderlext” (Belçika), “Fənərbaxça” (Türkiyə)-“Monako” (Fransa) görüşləri keçiriləcək.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları isə avqustun 2-3-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti