Van Persi özünü "Barselona"ya təklif etdi

13:43 22 İyul 2016

Hollandiyalı futbolçu Robin Van Persi özünü Barselonaya təklif edib.
 
Katalonlar hücum triosunda rotasiyaya görə forvard axtarışındadır.Van Persi bu rolu öz üzərinə götürməyə hazırdır. Futbolçu Türkiyədəki vəziyyətə görə Fənərbağçanı tərk etmək istəyir. Lakin Barselona onu qəbul etmək fikrində deyil.
 
Xatırladaq ki, yanvarda da Van Persi Barselonaya keçmək istəyirdi. Ancaq katalonlar onunla əməkdaşlıq etmək istəməmişdilər.


Xəbər xətti