"Rea"l Morata üçün Çelsinin 75 milyonluq təklifini də rədd etdi

15:35 22 İyul 2016

Çelsi Alvaro Morata iddialarından əl çəkmək istəmir.

Cadena SER-in məlumatına görə londonlular İspaniya millisinin forvardı üçün təklifi 60-dan 75 milyon avroya yüksəldiblər. Lakin Madrid klubu yenə də bu təklifi rədd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan xəbərə görə Real Morata ilə müqaviləni 2021-ci ilə qədər artdırıb. Buna əsasən onun məvacibi 6 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti