İlham Zəkiyev bayraqdar seçildi

16:17 22 İyul 2016

XV Yay Paralimpiya Oyunlarında bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparacaq.

Bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iyulun 22-də jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan millisi sentyabrın 2-də Rio-de-Janeyroya yola düşəcək. Paralimpiya Oyunlarının açılış mərasimi sentyabrın 7-də, bağlanışı isə 18-də təşkil olunacaq.


Xəbər xətti