Əliyar Ağayev: "Təyinat xəbərini eşidəndə şoka düşdüm"

17:11 22 İyul 2016

"Final oyununu idarə etmək mənim üçün böyük şərəfdir. Baxmayaraq ki, bu xəbəri eşidəndə bir qədər şoka düşdüm".

Bu sözləri Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Almaniyada təşkil olunan Avropa çempionatının final matçına təyinat almasına münasibət bildirən Ə.Ağayev bunları vurğulayıb: "Bütün hakimlər ən yaxşı olmaq istəyirlər. Turnir başladıqdan bəri məqsədim final oyununu idarə etmək idi. Bu imkan mənə verildiyi üçün çox xoşbəxtəm. Bu, müasir Azərbaycan hakimliyi üçün böyük nailiyyətdir. Mənə dəstək olan ailəmə təşəkkür edirəm".

Qeyd edək ki, Ağayev iyulun 24-də Almaniyanın Sinsheim şəhərinin “Rhein-Neckar-Arena”sında Fransa və İtaliya yığmaları arasında keçiriləcək final görüşünü idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti