"İnter"in baş məşqçisi "Elazığspor" bərabərliyini şərh etdi

00:11 23 İyul 2016

 “İnter” növbəti yoxlama oyununda “Elazığspor” ilə görüşüb.
Sportarena.az xəbər verir ki, “İnter”in baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini belə ifadə edib:
 “Normal oynadılar. Uşaqlar mübarizə apardılar. Birinci hissədə çox yaxşı oynadılar. Qol vəziyyətləri oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar. Növbəti oyun Gürcüstanın “Kolheti Poti” komandasıyla olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq”. 


Digər xəbərlər

Xəbər xətti