"Neftçi"ni Bakıda istefa sədaları altında qarşıladılar - VİDEO

11:13 23 İyul 2016

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə məğlub olan (0:1/ ilk oyun 0:0) "Neftçi" az əvvəl vətənə qayıdıb.
 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın mübarizəni dayandırmasını azarkeşlər həzm edə bilməyib. Onlar baş məşqçi Vəli Qasımova və komandaya etiraz etmək üçün Heydər Əliyev adına hava limanına gəlmişdilər.
 

50-yə yaxın, əsasən "Forza Neftçi"dən təşkil olunmuş dəstə öz etirazlarını emosional şəkildə bildirdilər

 
Baş məşqçi Vəli Qasımovla tərəfdarlar arasında mübahisə əvvəlcə sakit tərzdə davam etsə də, sonradan qızışdı və sərt xarakter etməyə başladı.
 

Hadisələrin gedişatını videodan izləyə bilərsiniz. (futbolpress.az)


Digər xəbərlər

Xəbər xətti