Rasim Ramaldanovun yeni klubu müəyyənləşdi

11:36 23 İyul 2016

Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib.


Sportarena.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.


Artıq Ramaldanov Türkiyədə təlim-məşq toplanışında olan Poti komandasının düşərgəsinə qoşulub. Onun 103 yaşlı yeni klubu iyulun 25-də Bakı "İnter"i ilə üz-üzə gələcək.


Qeyd edək ki, Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt"da forma geyinib. "Kolxeti" onun legioner həyatı yaşayacağı ilk klubdur. Ramaldanov 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının seçmə qrup mərhələsində Azərbaycan yığmasına dəvət alıb.(report)


Xəbər xətti