Hava limanına Kriştiano Ronaldonun adı verildi

13:48 23 İyul 2016

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun adı Madeyranın şəhəri olan Funşalın hava limanına verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumat Madeyra muxtar bölgəsinin hökuməti tərəfindən təsdiqlənib. 


Məlumata görə, Ronaldo Madeyranın inzibatı şəhəri olan Funşalda anadan olduğu üçün belə bir addım atılıb.


Qeyd edək ki, adada Ronaldonun heykəli və onun adını daşıyan futbol muzeyi də var.


Xəbər xətti